18.07.2025
Farid
/müəllif

Bizimkilər niyə hələ də nağd pula aşiqdir?

Hətta atalar da deyib ki: “Pul əl çirkidir, odur ki onu kartda, ya da elektron pulqabında saxla”. Bəs, görəsən, niyə hələ də portmanatın içində, telefon keysinin arxasında, ya da köhnə şalvarın cibində unudulan əsginaslar azərbaycanlılar üçün xüsusi yerə sahibdir?

İllər ərzində iqtisadiyyat və texnologiya dünyasında baş verən dəyişikliklər, dəyərini itirən investisiyalar və daha nələr-nələr… Buna görə də hələ də nağd pula daha çox güvənin olması təəccüblü deyil.
Nağd pula daha çox güvən var
Bəli, hələ də bir çoxları ödəniş nöqtəsinə çatanda POS-terminalın nasazlığından, ya da texnologiyanın, internetin qurbanı olmaqdan qorxur. Belə hallarda isə nağd pul köməyə çatır. Başqa sözlə desək, insanlar nağd pula ehtiyat plan kimi baxır.
Kredit kartı = borc = təhlükə?!
İnsanların gözündə kredit kartları sadəcə pul tələsidir. Üstəlik, böyük faizlər, uzun növbələr və ekstremal şərtlər də böyük qorxuya səbəb olur. Beləcə, insanlar, təəssüf ki, pulu fiziki olaraq yığmağı və ənənəvi üsulları seçməyi üstün tuturlar.
Vərdiş, yoxsa əlavə xərclərdən yayınmaq?
Bəzi kiçik bizneslər, xüsusilə də, rayonlarda və ucqar yerlərdəki məkanlar hələ də nağd pul vasitəsilə xidmət göstərir. Bəziləri əlavə xərclərdən və faizlərdən qaçmaq, bəziləri isə sadəcə öyrəşdiklərindən rəqəmsallaşmaya üstünlük vermirlər. Nəticədə, bu da istehlakçıların, yəni bizim məcbur olaraq nağd pula etibar etməsinə yol açır.
Fiziki pulu hiss etmək daha çox qane edir
Fiziki pulu görmək, günün sonunda qazancını kağız pulla hesablamaq insanları daha çox qane edir, yəni insanlar sahib olduqları hər manatın idarəsinin əllərində olduğunu düşünürlər. Halbuki rəqəmsal həllər xərclərini və bütün əməliyyatlarını daha detallı formada sənə göstərirlər.
Nəticə
İnsanlar nağd pulu sevsələr də, nəticədə, rəqəmsal həllərə güvənənlər və pulunu ağıllı şəkildə idarə edənlər daha çox qazanır. Çünki onlar həm rahatlığın, həm şəffaflığın, həm də keşbek kimi kiçik, amma əhəmiyyətli üstünlüklərin qədrini bilirlər.

Əgər sən də çox qazananlardan olmaq istəyirsənsə, m10-dan istifadə et. QR ilə ödə, keşbek qazan və gündəlik xərclərində bir addım öndə ol.
Üstəlik, bizi izləyərək müasir həllərdən və yeniliklərdən mütəmadi xəbərdar ola bilərsən.

Oxşar məqalələr