Xərclərimizdən xəbər tutduqsa, onlardan nəticə də çıxarmalıyıq. Yəni süni intellekt sənin xərcləmə tərzini və vərdişlərini anlayır və konkret qənaət yolları təklif edir. Adi məsləhətdən fərqli olaraq bu, emosiyalara yox, rəqəmlərə əsaslanır.
Məsələn, süni intellekt sənə deyə bilər:
- Həftədə 3 dəfə yemək sifarişi edirsən, onu 1-ə salsan, ayda 100 AZN yığa bilərsən.
- İdman zalı abunəliyin aktivdir, amma son 2 ayda cəmi 1 dəfə getmisən. Onu ləğv etsən, illik 600 AZN-in cibində qalar.