25.07.2025
Farid
/müəllif

Pul yığmaq sənəti: Azərbaycansayağı üsullar və rəqəmsal həllər

Azərbaycanlı olaraq, hər zaman özümüzə məxsus tərzdə pul yığmağı sevmişik. Yastığın altında saxlamaq, qızıl almaq, ya da gizlətməyi üçün doğmalara etibar etmək…

Amma bu gün rəqəmsal alətlər getdikcə inkişaf edir, sürətlənir və daha çox mükafatlar təqdim etməyə başlayır. Belə olduğu halda isə bir sual yaranır:
Müasir dövrdə pul yığmaq və qənaət etmək üçün ən yaxşı həllər hansılardır?
Ənənəvi üsullarla tanış olaq
Əvvəlcə bizə daha tanış və doğma olan üsulları nəzərdən keçirək. Görək bu üsullar, doğrudan da, etibarlıdır?!

  1. Yastığın altında saxlamaq: Banklara yox, öz yastığımıza güvənirik, lakin bu yanaşma inflyasiyaya qarşı zəifdir. Nominalı eyni qalsa da, pulun dəyəri zamanla düşür və alıcılıq qabiliyyəti azalır.
  2. Qızıl almaq: Məşhur üsullardan olsa da, sabit deyil. Qızılın qiyməti tez-tez dəyişir və alıb-satma elə də asan olmur. Üstəlik, saxladığın müddətdə heç bir gəlir gətirmir, əksinə, dəyərini itirmə ehtimalı belə var.

İllərdir, bu üsulları doğmalarımız da istifadə etdiyi üçün güvənli görünsə də, hər zaman gəlirli olmur. Bəzi hallarda isə yığmağa çalışdığımız pul öz dəyərini itirə bilir.
21-ci əsrin pul daxılı: Keşbeklər
Əvvəllər cibimizdə qalan qəpikləri daxıla atırdıqsa, indi eyni funksiyanı keşbeklər yerinə yetirir. Market və müxtəlif alış-verişlərdə bankların və tətbiqlərin təqdim etdiyi təkliflər sayəsində xırda yığımlar edə bilərsən. Məsələn, m10-un partnyor şəbəkələrində QR ilə ödəniş edərək “Umico” bonusları qazanmaq mümkündür. Təkliflə ətraflı formada buradan tanış ola bilərsən: m10.az/qr-payment

Keşbeklərdən maksimum faydalanmaq üçün hər ay bankların təqdim etdiyi kateqoriyalarla tanış olmağı da unutma.
Rəqəmsal depozitlər
Ənənəvi üsul kimi səslənsə də, rəqəmsallaşmanın inkişafı ilə depozitlər də daha əlçatandır. Belə ki, bankların onlayn depozit imkanlarından yararlanaraq 3, 6 və 12 ay müddətinə zəmanətli formada qazanc əldə etmiş olursan.
Büdcə və qənaət tətbiqləri
Xərclərini aydın və detallı formada görə biləcəyin tətbiqlərdən istifadə edə bilərsən. Tətbiqdə gəlirini, aylıq xərclərini və ehtiyaclarını qeyd edir, daha sonra pulunu necə düzgün bölüşdürəcəyini müəyyənləşdirirsən. Həmçinin bu tətbiqlər yığımı oyuna çevirməyə və daha maraqlı hala gətirməyə kömək edir.

Beləcə, həm bütün xərclərin gözünün önündə olacaq, həm də pul yığmağı vərdişə çevirəcəksən. Ən yaxşı 5 mobil büdcə tətbiqi haqqında məqaləmizi oxumağı da məsləhət görürük.
Nəticə
Görünür, pul yığmaq və qənaət etmək elə də asan deyil, amma rəqəmsal həllərlə ənənəvi üsulları birləşdirdiyin zaman ideal düsturu əldə etmiş olursan. Keşbeklər, rəqəmsal depozitlər, qənaət tətbiqləri və bir çox üsullar göstərir ki, pul yığmaq pulunu gizlətmək deyil.

Bəs sən hansı yığım üsullarından istifadə edirsən? Təcrübələrini bizimlə bölüşməyi unutma.

Oxşar məqalələr