Bəzən problem çox xərcləməkdən yox, hara xərclədiyini bilməməkdən başlayır. Bir tərəfdən kart, digər tərəfdən nağd, ya da hansısa ödəniş platforması… Ayın sonunda isə bu sual ilə özümüzü qarşı-qarşıya tapırıq: Bu pullar hara getdi belə?
Buna görə də bu həftə bir eksperiment etmək qərarına gəldik və sənin üçün 7 günlük tapşırıq siyahısı hazırladıq. Bu tapşırıqlara əsasən, bütün xərclərini m10 ilə həyata keçirməli və sonda “özünə hesabat verməlisən”.
Rəqəmsal m10kart
Rəqəmsal kartını aktivləşdir, “Google”, ya da “Apple” pulqabına əlavə et və ödənişlərini asanlıqla tamamla.
Bu həftə mütləq edəcəyin xərcləri, məsələn, market, nəqliyyat və xırda ehtiyacları əvvəlcədən yaz. Beləcə, bu həftə xərcləyəcəyin məbləği az-çox öyrənmiş olacaqsan.
2. Çərşənbə axşamı: İmpuls testi və praktika
Bu həftə almaq istədiklərini nəzərdən keçir. 3 saniyə dayan və özünə sual ver: “Bu, doğrudan da, mənə lazımdır?” Əgər cavab qeyri-müəyyəndirsə, alış-verişi növbəti həftəyə saxla.
3. Çərşənbə: Əvəzləmə metodu
Həftənin ilk 2 günü xərclərin çox oldusa, əvəzləmə metodu kömək edə bilər. Məsələn, çöldə nahar əvəzinə evdə yemək hazırla, ya da kofeşopdan içki almaq əvəzinə özünlə termosda götür.
4. Cümə axşamı: Bonus ovu
Bu gün bir və ya bir neçə ödənişi elə et ki, bonus qazanma ehtimalın olsun. Məsələn, mobil operatorlar, kommunal xidmət, internet, ya da sadəcə market alış-verişi.
Qeyd: Mütləq bonus qazanmaq üçün xərcləmə. Sadəcə edəcəyin xərci daha ağıllı etmək üçün bonuslardan kömək al.
5. Cümə: Əyləncə günü
İş həftəsinin son günü adətən əyləncəli keçir. Bu gün üçün bir limit seç və həmin limitdən çox da çıxmamağa çalış.
6. Şənbə: ƏDV günü
Bu həftə etdiyin alış-verişlərin qəbzlərini, təbii ki, atmırsan. Həmin qəbzləri də məhz m10 vasitəsilə skan edərək ƏDV-ni geri alırsan. Beləliklə, m10-un köməyi ilə xərcləyirsən, nəzarət edirsən, üstəlik, bonus və ƏDV qazanırsan.
7. Bazar: Hesabat və nəticə
Sonda m10-da bu həftəyə uyğun xərclərinə bax və aşağıdakıları cavabla:
Ən çox hansı kateqoriyaya pul xərcləmişəm?
Hansı xərci etməsəm də, olardı?
Gələn həftə üçün bir məqamı dəyişməli olsam, nəyi dəyişərdim?
Təcrübə göstərir ki, büdcəni qaydasına salmaq üçün sadə maliyyə vərdişlərinə ehtiyac var. Bu həftəlik rutin sayəsində həm xərcləmə mədəniyyətin dəyişəcək, həm də pula daha şüurla yanaşacaqsan. Bəzən maliyyəni idarə etməyin ən yaxşı yolu hər şeyi şəffaf görməkdir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!