11.08.2025
Kazım
/müəllif

Xərcləmək asan, qorumaq çətin: Büdcəni necə planlamalı?

Sən də maaş karta köçdüyü anda xərcləyənlərdənsən? Səni başa düşürük… Planlanmamış xərclər, “özümü mükafatlandırım” düşüncəsi ilə edilən alış-verişlər və daha çoxu maaşın tez tükənməsinə səbəb olur. Halbuki maaşın köçdüyü gün xərcləmək yox, onu planlamağa başlamaq günüdür. Bir az səbir və nizamla pul elə bizim üçün işləyə bilər. Üstəlik, bu təkcə gənclərə yox, hər yaşdan olan insanlara aiddir.

Odur ki bu məqalədə tanış olacağıq:

  • büdcə qurmağın sadə üsulları;
  • xərclərə nəzarət etməyin yolları;
  • pul yığmaq və planlamaq üçün strategiyalar;
  • bizə kömək edəcək alətlər.
Büdcə planlaması və maliyyənin təməli
Büdcəni planlamaq sadəcə xərclərini tənzimləmək və nə qədər pulun getdiyini bilməklə əlaqəlidir. Ən sadə üsullardan biri isə 50/30/20 qaydasıdır, yəni:

  • 50 % — əsas ehtiyaclar (kirayə, ərzaq nəqliyyat)
  • 30 % — şəxsi xərclər və əyləncə
  • 20 % — yığım və investisiya

Bu üsulu ətraflı öyrənmək və mənimsəmək üçün bu məqaləmizi oxuya bilərsən.
Gizli itkilərin aşkarlanması
Əksər insanlar qənaət deyəndə sərt kəsintiləri nəzərdə tutur, amma bu davamlı olmur. Əsl qənaət ağıllı xərcləmək və görünməyən xərcləri aşkarlamaqdır. Bəs bunlar hansılardır:

  • İstifadə olunmayan abunəliklər (Film, musiqi platformaları və s.);
  • Hər gün içilən qəhvələr və lazım olmayan alış-verişlər;
  • Eyni məhsulun daha sərfəli alternativləri.
Yığımın bir uğurlu düsturu daha
Yığım prosesini oyuna və motivasisaya çevirsən, nəticə də bir o qədər uğurlu olacaq. Məsələn, hər ay maaşın 10-20 faizini kənara ayır, səyahət və ya təcili anlar üçün fond ayır, ödənişlərindən bonuslar qazanmağa çalış.

Bonusları m10 və “Birmarket” tətbiqlərindən istifadə edərək yığa bilərsən. Belə ki, m10 ilə ödəyirsən və keşbeklər “Umico” bonusu kimi hesabına qayıdır.
Nəticə
Sonda bu qənaətə gəlirik ki, pulu idarə etmək həyat keyfiyyətini yüksəldən “sənət”dir. İstər tələbə, istər ailə başçısı, istərsə də təqaüdçü ol, amma bu sənətlə məşğul olmaq mütləqdir. Bu sənətə yiyələnmək üçün m10 kimi rəqəmsal alətlər də köməkçiniz ola bilər.

Oxşar məqalələr