13.10.2025
Farid
/müəllif

Vaxtına dəyər verənlər üçün ağıllı alış-veriş tövsiyələri

Vaxt həmişə ən bahalı resurs olub. Vaxtımızı alan məqamlardan biri isə alış-verişdir. Asan görünsə də mağazadan mağazaya gəzmək, qiymətləri müqayisə etmək və bu kimi hallar çox yorur. Halbuki indi “smart shopping” anlayışı var, yəni az vaxt və ağıllı qərarlarla daha çox qənaət.
Addım 1: Səbətini planla və impulslara aldanma
Ən çox vaxt itkisi planlanmamış alışlardan qaynaqlanır, çünki mağazada gördüyün hər “endirim”, əslində, planını pozur. Odur ki əvvəlcədən siyahı tərtib et, onu telefonda və ya kağızda saxla. Beləcə, həm lazımsız seçimlərdən, həm də vaxt itkisi yaradan tərəddüdlərdən yayınacaqsan.
Addım 2: Qiymətləri anında müqayisə et
Əvvəl bunun üçün müxtəlif veb-saytlara müraciət edirdiksə, indi “Birmarket”də bu daha asandır. Sən sadəcə axtardığın məhsulu yazırsan, “Birmarket” isə fərqli mağazaların məhsullarını birlikdə göstərir və ən uyğun təklifləri sıralayır.
Əsas məsələ!
"Birmarket"də dilədiyin məhsulu tap, bonuslar qazan və rahat alış-verişdən həzz al.
Addım 3: Hər “endirim” yazısına inanma
Bəzən məhsullar süni şəkildə bahalaşıb, sonra “endirim” kimi təqdim olunur. Real qənaət üçün əvvəlki qiymətləri müqayisə et və doğrudan da, fərq olub-olmadığını yoxla.
Addım 4: Bonusları və keşbekləri unutma
İndi hər ödənişdə bonuslar və keşbeklər var. İlk baxışda kiçik görünsə də, bir ayın sonunda növbətini alış-verişini belə tam ödəyə bilərsən. “m10”, “Birbank” və “Birmarket”də bu fürsətlərlə tanış ol və bunu vərdiş halına gətir.
Addım 5: Alış-verişini pik mövsümlərdən kənarda planla
Böyük endirim kampaniyaları və mövsüm dəyişiklikləri zamanı veb-saytlar yüklənir, məhsullar bitir və çatdırılmalar uzanır. Əgər vaxtına və puluna qənaət etmək istəyirsənsə, alış-verişini sakit dövrlərə sal. Məsələn, qış geyimlərini yazda, yay məhsullarını isə payızda al.
Addım 6: Süni intellektdən kömək al
Süni intellekti öz tarixçənlə, xərclərinlə və maaş dövrünlə tanış edərək büdcəni planlaya bilərsən. Süni intellektlə büdcə idarəsi haqqında daha çox öyrənmək üçün bu məqaləmizə keçid et.
Nəticə
“Smart shopping” pula, vaxta və üstəlik, enerjiyə qənaət etməyin ən rahat yoludur. Sözümüzün canı, planlı ol, müqayisələr et və emosiyalarına aldanma.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr